Ukraynanın 6 PUA-sı VURULDU
    • 15-07-2024, 10:41
    • 191

Ukraynanın 6 PUA-sı VURULDU

Hava hücumundan müdafiə sistemləri Oryol, Bryansk və Kursk bölgələri üzərində altı Ukrayna pilotsuz təyyarəsini vurub. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Səhər saatlarında Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə daha bir terror aktı törətmək cəhdinin qarşısı alınıb”.

Bu sözləri Müdafiə Nazirliyi paylaşımında qeyd edib.

Hava hücumundan müdafiə qüvvələri Oryol ərazisi üzərində bir pilotsuz təyyarəni, Bryansk ərazisi üzərində iki və Kursk vilayətində daha üç pilotsuz təyyarəni məhv edərək ələ keçirib.

Oryol vilayətinin qubernatoru Andrey Klıçkov Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatının Oryol bələdiyyə dairəsi ərazisində elektron döyüş vasitəsi ilə zərərsizləşdirildiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin bir gecədə 22 Ukrayna pilotsuz təyyarəsini məhv etdiyini bildirib.

Məryəm İlhamqızı