Oryol vilayətində Ukraynaya məxsus PUA vuruldu
    • 10-11-2023, 14:32
    • 146

Oryol vilayətində Ukraynaya məxsus PUA vuruldu

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus pilotsuz təyyarəni Oryol vilayəti üzərində səmada məhv edib. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Regionun qubernatoru Andrey Klıçkov bildirib ki, elektron döyüş texnikası pilotsuz uçan aparatı zərərsizləşdirib. Bu gün səhər saatlarında Oryol vilayətinin Livenski rayonunda daha bir pilotsuz uçuş aparatı elektron müharibə vasitəsi ilə zərərsizləşdirilib. Hadisə yeri əhalinin və hüquq-mühafizə orqanlarının təhlükəsizliyini təmin etmək məqsədilə mühasirəyə alınıb. 

Ülkər Abdurahmanlı