Rusiyanın Belqorod vilayətində PUA vurulub
    • 3-02-2024, 08:11
    • 140

Rusiyanın Belqorod vilayətində PUA vurulub


Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin Novoskol rayonunda təyyarə tipli pilotsuz uçuş aparatını vurub, heç kim xəsarət almayıb.

News24.az xəbər verir ki, bunu qubernator Vyaçeslav Qladkov Telegram kanalında bildirib.

"Novoskol rayonunda hava hücumundan müdafiə sistemimiz işə salınıb və təyyarə tipli PUA vurulub. İtki yoxdur", - o yazıb.

Rayon rəhbəri əlavə edib ki, pilotsuz uçan aparatın qırıntılarının düşməsi nəticəsində bir fərdi evin şüşələri sınıb, dam örtüyü, fasad və hasar, həmçinin “Kamaz” markalı avtomobil zədələnib.