-
- 10-09-2024, 19:46
- 659
Dişlərin çürüməsinin qarşısını almağın üsulu məlum oldu
Həyat vərdişləri insanın həyat keyfiyyətinə çox təsir edən vəziyyətlərə səbəb ola bilər. Məsələn, diş baxımımıza gün ərzində diqqət yetirsək də, qidalanma vərdişlərimizə və həyat keyfiyyətimizə görə diş çürüməsinin qarşısını ala bilmərik.
Diş çürüməsi həm ağız gigiyenasına, həm də insanın həyat keyfiyyətinə zərər verən bir vəziyyət olduğundan, bundan qaçmaq üçün bəzi üsullara müraciət etmək lazımdır. Dişlərinizi fırçalamaq və ya diş ipi kifayət etmədikdə, təbii üsullarla özünüzü çürüklərdən qoruya bilərsiniz.
News24.az xəbər verir ki, diş çürüməsinin qarşısını almağa kömək edən təbii üsullar bunlardır:
Qidalanma vərdişlərinizi dəyişdirin: Diş çürüməsini sürətləndirən amillərdən biri də yemək vərdişləridir. Süni şəkəri yüksək olan qidaların tez-tez istehlakı və həddindən artıq kofein qəbulu kimi hallar dişlərin çürüməsinə səbəb olur. Eyni zamanda turşuluğu yüksək olan qidaların qəbulu da dişlərin çürüməsini sürətləndirir.
Yemək vərdişlərinizə kalsium və D vitamini yüksək olan qidaları əlavə etməklə diş sağlamlığınızı qoruya bilərsiniz. Daha sağlam qidalanma planı diş çürüməsinin qarşısını almağa kömək edəcək.
Kokos yağı: Dəri sağlamlığı üçün faydalı təbii bir yağ olan kokos yağı ağız və diş sağlamlığını da qorumağa kömək edir. Dişlərinizi çürüklərdən qorumaq üçün kokos yağından kömək ala bilərsiniz. Tərkibindəki təbii yağ turşuları ilə ağızdakı bakteriyaları yox edən bu yağ diş ətinin möhkəmlənməsinə də kömək edir.
Ağzınıza bir az kokos yağı qoyub təxminən 10 dəqiqə çalxalamaq ağızda bakteriyaların əmələ gəlməsinin qarşısını ala bilər.
Biyan kökü: Antimikrob xüsusiyyəti olan biyan kökü də diş çürüməsinin qarşısını alan təbii üsullar arasındadır. Biyan kökündən diş çürüklərindən qurtulmağa kömək edən təbii çay hazırlaya bilərsiniz. Biyan çayı içmək ağızda bakteriya əmələ gəlməsinin qarşısını alacaq.
Bundan əlavə, ağız baxımında tərkibində biyan kökü olan diş pastası və qarqaraların istifadəsi diş çürüməsinə qarşı qorunma yolları arasında hesab edilir.
Məryəm İlhamqızı