Bu üsullar ilə ağız qoxusunun qarışısını alın
    • 27-08-2018, 19:30
    • 1 473

Bu üsullar ilə ağız qoxusunun qarışısını alın

Ağızdan gələn pis qoxu ilə mübarizə aparmaq üçün bir sıra üsullar var. Bəzi üsullar ev şəraitində, həkimə getmədən, çoxlu pul xərcləmədən başa gəlir.
Bu gün ağızdan gələn pis qoxu ilə mübarizə aparmağın üsullarını oxucuları ilə bölüşürük.
Hər səhər qarqara edin

Karbonat ən yaxşı qarqaradır. Bir stəkan suya 1 çay qaşığı karbonat əlavə edin. 3 dəqiqə bu su ilə qarqara edin. Sonra isə ağzınıza bir ədəd nanə yarpağı və ya mixək atın. Təbii ki, dişlərinizi fırçaladıqdan sonra bunları edin.
Gündə iki litr su içmək

Su sağlam orqanizm üçün şərtdir. Ağızda yaranan nəm nəfəs qoxusuna səbəb ola bilər. Bunun qarşısını almaq üçün gün ərzində ən azı 8 stəkan su içmək lazımdır. Su tüpürcək bakteriyasının yaranmasının qarşısını alır.
Dilinizi fırçalayın

Dişləri fırçalamaq kifayət etmir. Bu səbəbdən dili də fırçalamaq lazımdır. Bir çox insan dilini fırçalamasa da, ağızdan gələn qoxunun qarşısını alan üsuldur. Dilin üzərindəki bakteriyaları fırçalayın. Sonra isə karbonatlı su ilə qarqara edin.
Diş ipi

Dişinizi fırçalayırsınız və ağzınızdan hələ də pis qoxu gəlirsə, bunun səbəbi dişlərin arasında qalan qida artıqlarıdır. Diş fırçası dişlərin arasına girmədiyi üçün diş ipindən istifadə edin.
Siqaretdən uzaq durun

Siqaretin ziyanını bilməyən insan yoxdur. Bu ziyanlardan biri də diş ətində xəstəlik yaranmasına səbəb olmaqdır.
Meyvə qabığı çeynəmək

Limon və portağal qabığı nəfəsi təravətləndirir. Nəfəsi təravətləndirməklə yanaşı diş çürüməsinin qarşısını alır.

Ölkə.Az