Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi
    • 10-09-2024, 12:37
    • 725

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Aprel ayında  avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərovadan xəbər var. 

Qəzadan sonra televiziyaya qayıtmağına baxmayaraq, Səfərova Xəzər telekanalındakı əvvəlki vəzifəsinə geri dönməmişdi. Hazırda telekanalda redaktor vəzifəsində çalışan Səfərovanın tezliklə əvvəlki vəzifəsinə geri dönəcəyi bildirilir. 

Bu barədə Yenisabah.az-a Aytən Səfərovanın keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib. 

Mənbə deyib ki, istintaq davam etdiyi üçün ötən sezon efirə çıxması məqbul sayılmayan aparıcı bu sezon yenidən efirə qayıdacaq. 

O, bir neçə gün sonra Xəzər TV-nin "Xəbər ertəsi” verilişində yenidən aparıcılığa başlayacaq. Sözügedən telekanalın rəhbəri Murad Dadaşov bununla bağlı qərarını açıqlayıb. 

Xatırladaq ki, ötən sezon sonuna qədər Aytən Səfərovanı jurnalist həmkarı Ruzana Kərimli əvəz edib. 

Qeyd edək ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub. 

Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.