Müxalifət bu tarixə mitinq elan etdi
    • 31-10-2024, 23:40
    • 1 205

Müxalifət bu tarixə mitinq elan etdi


Müxalifət 4 noyabr saat 19:00-da Rustaveli prospektində mitinq keçirəcəyini elan edir. 

News24.az xəbər verir ki, bu barədə “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Anna Dolidze keçirilən mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, bu gün Parlament seçkilərinin nəticələrini tanımayan müxalifət partiyalar/koalisiyalar "Güclü Gürcüstan" koalisiyasının mərkəzi qərargahında toplanıb fəaliyyət planını təsdiq ediblər.

Görüşün ardından kameralar qarşısına keçərək xüsusi brifinq keçirən müxalifət liderləri əhalini mitinqə qoşulmağa çağırıblar.

“Biz bazar ertəsi, saat 19:00-da Rustavelidə toplaşacağıq və orada qanuna uyğun, hüquqi, sülh yolu ilə, amma təşkilatlanmış şəkildə etirazımızın necə davam edəcəyini ətraflı olaraq bildirəcəyik” , - deyə Anna Dolidze qeyd edib.

“Güclü Gürcüstan”ın ofisində keçirilən müxalifət görüşündə “Vahid Milli Hərəkat”, “Dəyişiklik üçün Koalisiya” və “Güclü Gürcüstan”ın liderləri iştirak ediblər. Görüşdə yalnız "Qaxaria Gürcüstan üçün" partiyası iştirak etməyib.

Nəzrin