-
- 10-09-2024, 16:48
- 477
Qoxu, ləkə izi qalmayacaq - Hamam otağında bu üsuldan istifadə edin
Hamam otaqları evin ən az havalandırılan hissəsi olduğundan, tez-tez nəm və kif əmələ gəlməsini görə bilərsiniz. Hamamın divarlarında, vanna otağının digər hissələrindəki ləkələr və bu yerlərdəki kif çıxarıla bilmədiyi zaman güclü kimyəvi maddələrlə vaxt aparan təmizləmə prosesi başlayır.
News24.az xəbər verir ki, təbii üsullardan istifadə edərək hamam otağında olan kif və ləkələrdən qısa müddətdə xilas ola bilərsiniz.
Kif və nəmdən qurtula bildiyiniz kimi, birləşmələr arasındakı ləkələri və hamam səthinə yapışan kirləri də yox edə bilərsiniz. Bütün bu ləkələrdən qurtulmaq və dərin bir təmizlik təmin etmək üçün təbii üsuldan kömək almaq kifayətdir.
Tərkibi və hazırlanması
1 sprey şüşəsi və şüşənin yarsına qədər ağ sirkə
Yarım limonun suyu
Su
Nəm təmizləyici parça
Əvvəlcə sprey şüşəsinə ağ sirkənin yarısını tökün. Sonra şüşəyə yarım limonun suyunu əlavə edin. Qarışığı su ilə seyreltin. Sprey şüşəsini bağlayın və bütün maddələr qarışana qədər silkələyin.
İstifadə
Yaranan qarışığı kif ləkələri, kir olan yerlərə püskürtün və təsirini 1 dəqiqə gözləyin. Sonra qarışığı səpdiyiniz yerləri nəm bir parça ilə möhkəm basaraq silməyə başlayın. Ləkələr tamamilə yox olana qədər bu prosesi təkrarlaya bilərsiniz.
Məryəm İlhamqızı