-
- 10-07-2024, 12:32
- 651
Duş kabinlərini belə təmizləyin - EFFEKTİV ÜSUL
Duş kabinələri su ləkələri və havadakı kir səbəbindən zamanla saralmağa və ya qaralmağa məruz qala bilir.
News24.az xəbər verir ki, duş kabinəsinin şüşələrində aydın görünən bu ləkələrdən xilas olmaq üçün sadə və təsirli təbii üsullar mövcuddur.
Duş kabinəsinin şüşələrində və oynaqlarında görünən kir, evlərimizin estetik görünüşünə xələl gətirir. Duş kabinəsinin şüşələrində su ləkələri, havadakı kir və əhəng kimi bir çox ləkələr toplana bilər.
Duş kabinəsinin təmizlənməsinə gəldikdə, ağla gələn ilk məhsul, şübhəsiz ki, sodadır. Ev təmizliyinin güclü köməkçisi olan karbonat limonla birləşdikdə, duş kabinələrinin təmizlənməsi cəmi bir neçə dəqiqə çəkir.
Duş kabinələrini təmizləmək üçün soda və limonun birləşməsi olduqca sadədir. Duş kabinələrini soda və limonla təmizləmək üçün əvvəlcə bir sprey şüşəsi götürün və 2 xörək qaşığı soda, yarım limonun suyu və 1 stəkan su əlavə edin. Sonra sprey şüşəsinin ağzını bağlayın və homojen bir qarışıq əldə edilənə qədər silkələyin.
Aldığınız təbii qarışığı duş kabinəsinin şüşələrinə səpdikdən sonra 2 dəqiqə qarışığın reaksiya verməsini gözləyin. Sonra şüşələri nəm parça ilə silin və quru parça ilə qurutmaqla təmizləməni tamamlayın.
Məryəm İlhamqızı