Hamamınızın güzgüsü buxarlanırsa, BU ÜSULU SINAYIN
    • 4-09-2024, 17:01
    • 362

Hamamınızın güzgüsü buxarlanırsa, BU ÜSULU SINAYIN

Hamam otağında güzgülər bəzi zamanlar buxarlanmağa başlaya bilər. Su buxarı kifayət qədər hava axını olmadığı üçün hamamda qalıb, sonra şüşəyə yapışdıqda buxar əmələ gəlir.

News24.az xəbər verir ki, hamam güzgülərindəki bu vəziyyəti aradan qaldırmasanız, izlər tezliklə su ləkəsinə çevriləcək və güzgünün təmizliyinə xələl gətirəcək. 

Güzgülərdə buxarlanmanın yaranmasının qarşısını almaq üçün sadə, lakin təsirli üsulları tədim edirik: 

Diş pastası: Diş pastasının teksturası güzgülərinizdə buxarlanmanın qarşısını alır. Bir az diş pastası götürün və nəm bir parçaya çəkin. Sonra güzgünü təmizləmək üçün parçadan istifadə edin. Güzgünün hər tərəfinə çəkdiyiniz zaman güzgünün yenidən buxarlanmadığını görəcəksiniz. Güzgünü hər dəfə təmizləyəndə bu üsulu təkrarlaya bilərsiniz.

Təraş köpüyü: Təraş köpüyü yağlayıcı və təmizləyici quruluşu sayəsində hamamın güzgü səthində buxarın yaranmasının qarşısını alır. Hamamın güzgüsünə az miqdarda təraş köpüyü sıxın və köpüyü nəm parça ilə güzgü üzərinə yayın. Köpük güzgüdə görünməyənə qədər bu prosesi davam etdirin. Sonradan güzgüyə baxdığınız zaman heç bir buxar görməyəcəksiniz.

Məryəm İlhamqızı