-
- 10-09-2024, 17:50
- 288
Zorakılıq hadisələri yayıldı: 3 günlük komendant saatı tətbiq edildi
Hindistanın Manipur əyalətində Kuki və Meitei icmaları arasında baş verən zorakılıqlar, daha sonra başlayan etirazlar səbəbindən üç bölgədə komendant saatı elan edilib.
News24.az xəbər verir ki, Hindustan Times qəzetinin məlumatına görə, zorakılıqdan sonra aralarında tələbələr və qadınların da olduğu nümayişçilər ştatın paytaxtı İmfalda yürüş keçiriblər.
Yürüş zamanı nümayişçilərlə polis arasında dava düşüb və asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edərək müdaxilə edib.
Səlahiyyətlilər komendant saatı ilə yanaşı, “nifrət dolu şəkillərin yayılmasının qarşısını almaq üçün” internetə girişin bağlandığını da açıqlayıb.
Məryəm İlhamqızı