Bu ölkədə koronavirusa görə komendant saatı elan edildi
    • 5-02-2021, 14:46
    • 576

Bu ölkədə koronavirusa görə komendant saatı elan edildi

Kubanın paytaxtı Havanada koronavirusa yoluxmanın yenidən artması ilə əlaqədar komendant saatı tətbiq olunub.

News24.az-ın məlumatına görə, yeni qərara əsasən, şəhər ərazisində saat 21:00-dan 05:00-dək insanların və nəqliyyat vasitələrinin hərəkəti qadağan edilir.

Komendant saatı fevralın 5-dən etibarən tətbiq olunacaq.

Qeyd edək ki, Kubada bugünədək 30 minə yaxın yoluxma qeydə alınıb, 220 nəfər ölüb.