-
- 12-06-2019, 12:27
- 1 005
"Ora ikinci evim idi" - Səfayə Əhmədova
Səhiyyə Nazirliyinin mətbuat xidmətində dəyişiklik olub. Qurumun mətbuat xidmətinin 14 illik əməkdaşı Səfayə Əhmədova işdən ayrılıb.
Bununla bağlı News24.az-a açıqlama verən Səfayə Əhmədova artıq bir həftədir işdən ayrıldığını deyib. Onun sözlərinə görə, hazırda heç bir yerdə çalışmır: «14 il idir orada işləyirdim, öyrəşmişmişdim.Ora mənim ikinci evim idi. Amma neynəmək olar, həyatda daimi heç nə yoxdur. İşdən ayrıldığım bu bir həftədə dostlardan elə bir dəstək gördüm ki, mənə sakitlik gəldi. Qürur hissi keçirdim”.
“Yeni iş təklifi almısızmı” sualını isə Səfayə Əhmədova belə cavablayib: “Başqa yerdən iş təklifi gəlsə, qəbul edərəm. Xüsusən də, jurnalistlərlə bərabər işləmək istərdim».
S.Əhmədova işdən həmkarı Pərviz Əbubəkirovla mübahisəsi üzündən ayrılması ilə bağlı deyilənlərə də münasibət bildirib: “Öz istəyimlə ayrılmışam. Belə bir şey olmayıb”.
Qeyd edək ki, Səfayə Əhmədova Ucar rayonunda doğulub. Orta təhsilini rayonun 2 saylı orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetininin Filologiya fakültəsinə daxil olub. Daha sonra təhsilini İqtisad Universitetinin Maliyyə fakültəsində davam etdirib. “Ekspress” qəzetində, “Samanyolu” Televiziyasının Bakı bürosunda, BURÇ FM və “Space” radiolarında, “Lider Media”Holding-də işləyib. 2006-cı ildən Səhiyyə Nazirliyini mətbuat xidmətində çalışırdı. Ailəlidir, 2 övladı var.
Afaq Mirayiq