Səfayə Əhmədovaya yeni vəzifə verildi
    • 12-09-2019, 18:06
    • 892

Səfayə Əhmədovaya yeni vəzifə verildi

Tanınmış jurnalist, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı Səfayə Əhmədova yeni vəzifəyə təyin edilib.

Aldığımız xəbərə görə S.Əhmədova İçərişəhər Qoruq İdarəsinin mətbuat xidmətində baş məsləhətçi vəzifəsinə təyin edilib.

Yayılan məlumatı Səfayə Əhmədova təsdiqləyib və artıq işinin başında olduğunu deyib: “Etimad göstərib bu vəzifəyə layiq bildiyi üçün İçərişəhər Qoruq İdarəsinin rəhbərinə minnətdarlığımı bildirirəm”.

12 il Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışdığı dönəmdə mətbuatla səmərəli əməkdaşlıq qurmağı bacaran, peşəkarlığı, davranışları ilə nüfuz qazanan Səfayə Əhmədova 2019-cu il avqustun 16-da həmin işindən öz istəyi ilə ayrılmışdı.

Qeyd edək ki, S.Əhmədova Səhiyyə Nazirlyindən əvvəl "Burc Fm" radiosunda, "Space", "Lider" telekanallarında aparıcı, xəbərlər departametinin rəhbəri vəzifəsində, habelə “Kaspi” qəzetində çalışıb.