iPhone 16 Pro Maxın şarj məsələsi necə olacaq? - İNANILMAZ
    • 11-09-2024, 19:26
    • 404

iPhone 16 Pro Maxın şarj məsələsi necə olacaq? - İNANILMAZ

Apple şirkəti dünən təqdim etmiş olduğu iPhone 16 smartfonlarının batareya həcmləri barəsində məlumat verməyib. Ümumiyyətlə Apple öz cihazlarının bu göstəricisini açıqlamır.

News24.az Lent.az-a istinadən xəbər verir ki, lakin məlum olub ki, yenicə təqdim edilmiş iPhone 16 Pro Max modeli bir dəfə şarj olunandan sonra 33 saat ərzində çalışa bilir. Bunu Apple özü rəsmi şəkildə açıqlayıb. Beləliklə iPhone 16 Pro Max modeli yerdə qalan bütün iPhone-lar arasında bir dəfə şarj olunandan sonra ən çox çalışa bilən smartfon olub.

Qeyd etmək lazımdır ki, keçən ilki iPhone 15 Pro Max modeli bir dəfə şarj olunandan sonra 29 saat ərzində çalışa bilir. Yəni yeni smartfonda bu göstərici 14% yüksəlib. iPhone 15 Pro ilə müqayisədə isə iPhone 16 Pro modeli bir dəfə şarj olunandan sonra 27 saat ərzində çalışa bilir. Keçən ilki smartfonda bu göstərici 23 saat təşkil edir. Apple şirkətinin sözlərinə əsasən bütün bunlar daha böyük ölçülü və yaxşı optimizasiya edilmiş batareyalar hesabına mümkün olub.