"iPhone 16" bu tarixdə TƏQDİM EDİLƏCƏK
    • 27-08-2024, 21:30
    • 316

"iPhone 16" bu tarixdə TƏQDİM EDİLƏCƏK

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Apple, iPhone seriyasının yeni üzvü iPhone 16-nı texnologiyasevərlərə təqdim etməyə hazırlaşır.

News24.az xəbər verir ki, yenilikçi xüsusiyyətləri və daha böyük ekranı ilə texnologiya dünyasını silkələməyə hazırlaşan iPhone 16-nın çıxış tarixi, xüsusiyyətləri artıq araşdırılmağa başlanıb. 

Apple yeni modeli iPhone 16 ilə texnologiya dünyasında böyük həyəcan yaratmağa hazırlaşır.

Açıqlamaya görə, Apple-ın iPhone 16 smartfon seriyasını təqdim edəcəyi gözlənilən It's Glowtime adlı tədbir 9 sentyabr bazar ertəsi saat 21:00-da keçiriləcək.

Günel Məlikzadə