-
- 11-09-2024, 21:06
- 694
Dünyanın ən güclü "mexanika" avtomobili təqdim olundu
ABŞ-nin "Hennessey" şirkəti öz hiperkarının yeni versiyasını - mexaniki sürət qutusu ilə təchiz edilmiş "Venom F5-M" rodsterini təqdim edib.
News24.az Oxu.Az-a istinadən xəbər verir ki, avtomobilin kapotu altında 1 355 kVt (1 842 at gücü) hasil edən 6.6 litrlik "Fury V8" mühərriki yerləşir.
Beləliklə, təqdim olunan rodster mexaniki transmissiyaya malik dünyanın ən güclü seriyalı avtomobilidir.
"Hennessey Venom F5-M" cəmi 12 ədəd buraxılacaq və onların hamısı artıq satılıb. Hər avtomobilin qiyməti 2.65 milyon dollardır.