Xərçəngin diaqnostikasında bahalı analizlərə son
    • 11-09-2024, 21:34
    • 554

Xərçəngin diaqnostikasında bahalı analizlərə son

Süni intellekt xərçəng toxumalarının şəklini çəkməyi öyrənib. Bu, xəstəliyin diaqnostikası üçün çox vacib bir ixtiradır. Yeni alət xərçəngin analizini təkmilləşdirir və xərcləri azaldır.

News24.az-ın Oxu.Az-a istinadla verdiyi məlumata görə, bu barədə elm adamlarının "Nature Machine Intelligence" jurnalında dərc olunan tədqiqat materialında xəbər verilib.

Bildirilir ki, "VirtualMultiplexer" adlı model xərçəngin diaqnostikasını əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər.

Yeni modelin bahalı laboratoriya analizlərindən yayınmağa kömək edəcəyi vurğulanıb.

"Yoxlamalar virtual şəkillərin dəqiq və klinik cəhətdən faydalı olduğunu təsdiqləyir. Bu texnologiya fərziyyələri formalaşdırmağa və eksperimentləri planlaşdırmağa kömək edərək, xərçəng tədqiqatlarını və diaqnostikasını yaxşılaşdırmaq potensialına malikdir" , - deyə alimlər vurğulayıblar.