-
- 16-05-2024, 19:30
- 277
Yerkökü xərçəng riskini azalda bilər
Nyukasl Universitetinin alimləri yerkökünün xərçəngin qarşısını almağa kömək etdiyini aşkar ediblər.
News24.az Lent.az-a istinadən xəbər verir ki, bu nəticəyə gəlmək üçün onlar 4 milyondan çox insanı əhatə edən 200-ə yaxın tədqiqatın meta-analizini aparıblar.
Nəticədə məlum olub ki, həftədə 5 dəfə kök yemək xərçəngin bütün növlərinin inkişafını 20% azaldır.
Yerkökünü qaynadarkən faydalı maddələr suya keçir, qızartma zamanı isə tamamilə məhv olur.
Buna görə kökün faydalarını qorumaq istəyirsinizsə, buxarda bişirin.