Mütəxəssislər xəbərdarlıq edir: gec yatmayın
    • 11-09-2024, 22:07
    • 842

Mütəxəssislər xəbərdarlıq edir: gec yatmayın

Tədqiqatçılar müəyyən ediblər ki, gecələr gec yatan insanların bədən kütləsi indeksi daha yüksəkdir və 2-ci tip şəkərli diabet riski daha tez yatanlara nisbətən 46 faiz çoxdur.

News24.az xəbər verir ki, EurekAlert saytının məlumatına görə, Hollandiyadan olan tədqiqatçılar gecə gec yatmaq, 2-ci tip diabet və bədən yağ faizi arasında əlaqəni araşdırıblar.

Tədqiqatçılar araşdırmaya qatılan, orta yaş 56 və orta bədən kütlə indeksi 30 olan 5 mindən çox insanın yuxu və oyanma saatlarını qeyd edərək, yuxularının orta nöqtəsini hesablayıblar.

Müvafiq olaraq, tədqiqatçılar iştirakçıları yuxu və oyanma saatlarına görə 3 kateqoriyaya ayırıblar: 20 faiz erkən xronotip, 20 faiz gec xronotip və 60 faiz orta xronotip olub.

Yaş, cins, təhsil, bədən yağ faizi və həyat tərzi kimi şərtləri nəzərə alan tədqiqatçılar müəyyən ediblər ki, tip 2 diabet inkişaf riski “gec xronotip” kateqoriyasındakı iştirakçılarda, yəni gec yatanlarda, orta xronotip kateqoriyasında olanlarla müqayisədə 46 faiz yüksəkdir. 

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, gec xronotip kateqoriyasındakı iştirakçıların bədən kütləsi indeksi ara xronotipləri olanlardan 0,7 daha yüksəkdir.

Məryəm İlhamqızı