Döymə xərçəng riskini artırır -ŞOK
    • 30-05-2024, 11:42
    • 511

Döymə xərçəng riskini artırır -ŞOK

İsveçdəki Lund Universitetinin tədqiqatçıları 2007-2017-ci illər arasında İsveçdə limfa xərçəngi diaqnozu qoyulmuş 20-60 yaş arası 11.905 nəfərin məlumatlarından istifadə edərək döymə və xərçəng arasında əlaqəni araşdırıblar.

News24.az həmin araşdırmaları təqdim edir:

Tədqiqatçılar müəyyən ediblər ki, döymə etdirən insanlarda limfoma inkişaf riski, olmayanlara nisbətən 21 faiz daha yüksəkdir.

Tədqiqatçılar döymədə istifadə edilən mürəkkəbin tərkibində kanserogen kimyəvi maddələrin olduğunu və bu kimyəvi maddələrin döymə zamanı dəri baryerini deşərək bədənə daxil olduğunu və xərçəng riskini artırdığını bildiriblər.

DÖYMƏNİN ÖLÇÜLƏRİ İLƏ XƏRÇƏNGİN AÇIQLANMASI ARASINDA HEÇ BİR ƏLAQƏ YOXDUR

Döymənin ölçüsü ilə xərçəngə tutulma arasında heç bir əlaqə olmadığını qeyd edən tədqiqatçılar, ölçüsündən asılı olmayaraq, döymənin bədəndə iltihabı tətiklədiyini və limfa xərçəngi riski artırdığını qeyd ediblər.

Mehriban Mirzəzadə