Whatsappdan bu cür istifadə etdiyi üçün 5 ay həbs edildi
    • 4-08-2018, 13:56
    • 1 080

Whatsappdan bu cür istifadə etdiyi üçün 5 ay həbs edildi

Hindistanda bir qrup gəncin social şəbəkədə yaratdıqları qrup yazışmaları başlarına bəla olub. 

News24.az xəbər verir ki, Whatsappda qrup yaradan gənclərin  terror planları barədə yazışmaları izlənilib. Qrupu yaradan gənc qrupdan ayrıldıqdan sonra, rəhbərliyi Junaid adlı şəxs davam etdirib. O, polis tərəfindən tutularaq həbs olunub. 


Junaid və ailəsi bu məsələdə onun əlini olmadığını bildirib. Qrupa rəhbərlik edən şəxsin qrupdan ayrılmasıyla avtomatik olaraq Junaidin üzərinə keçməsini dilə gətirsələr də, məhkəmə onların bu etirazına məhəl qoymayıb. 


Hadisədə Junaidin terrorla bağlı əlaqəsinin olub-olmamasıyla bağlı sübutun olmamasına baxmayaraq, hələ də barmaqlıqlar arxasındadır. 


Elvin Nüsrətoğlu