Timsah fermeri yedi - DƏHŞƏT
    • Dünən, 21:38
    • 241

Timsah fermeri yedi - DƏHŞƏT

Malayziyada, Lahad Datunun şərq sahilində fermer Rusdi Tambah balıq tutmağa getdiyi çay sahilində timsahın hücumuna məruz qalıb.

News24.az bu barədə “The Star” qəzetinə istinadla xəbər verir.

Tambahı tapmağa çalışan axtarış-xilasetmə qrupları, fermeri yeyərkən fərqinə vardıqları 4,5 metr uzunluğundakı timsahı tapança ilə 5 dəfə atəş açaraq öldürüb.

Həyatını itirən Tambahın meyiti polis orqanlarına təhvil verilib, ölmüş timsah isə vəhşi təbiət əməkdaşları tərəfindən aparılıb.

Qeyd edək ki, Malayziyanın Sabah və Saravak əyalətlərində 2001-2020-ci illər arasında timsahların 205 hücumu nəticəsində 135 nəfər həyatını itirib.

Sabah və Saravak əyalətlərində ildə orta hesabla 10 timsah hücumu olur.

Məryəm İlhamqızı