“ARB”dən getdi...
    • Bu gün, 17:12
    • 101

“ARB”dən getdi...

Aparıcı Pərvanə Tahirqızı çalışdığı “ARB” televiziyasından ayrılıb.

News24.az OLAY-a istinadla yazır ki, bu haqda Pərvanə sosial şəbəkə hesabında məlumat yayıb.

Tahirqızı öz istəyi ilə kanaldan ayrıldığını bildirib:

““ARB” kanalından ötən mövsümün sonunda öz istəyimlə ayrıldığımı bildirmək istəyirəm. Rəhbərliyə və bu illər ərzində məni dəstəkləyən, sevən tamaşaçılarıma təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Pərvanə aparıcı Elgiz Əkbərlə bərabər “Elgizlə izlə” verilişini aparırdı. Ötən mövsüm Elgiz Pərvanənin proqramdan ayrıldığını açıqlasa da, aparıcı yenidən verilişə geri qayıdıb. 

E. Əkbər yeni mövsüm “Elgizlə izlə” verilişinin formatında köklü dəyişikliklərin olduğunu açıqlayıb