Məşhur Yutuber "Mr Beast"i səsləndirən azərbaycanlı GÖRÜN KİM İMİŞ - VİDEO
    • Bu gün, 17:19
    • 262

Məşhur Yutuber "Mr Beast"i səsləndirən azərbaycanlı GÖRÜN KİM İMİŞ - VİDEO

“MrBeast”, əsl adı Jimmy Donaldson olan dünya şöhrətli Yutuber son illərin ən çox izlənən və populyar sosial media simalarından biridir. Onun kanalı “YouTube” platformasında 310 milyondan çox abunəçiyə malikdir və o, rekord göstəricilərə nail olmuşdur. MrBeast-in videoları qeyri-adi və innovativ məzmunu ilə fərqlənir. 

O, böyük miqyaslı sosial eksperimentlər, nəhəng mükafatlar, yardım aksiyaları və diqqət çəkən çətinliklərə dair videolar hazırlayır. İnsanlara kömək etmək və böyük miqdarda pullar paylamaqla tanınan MrBeast izləyicilərinin sevgisini qazanmışdır. Onun fəaliyyətləri sadəcə ABŞ-da deyil, dünya miqyasında yayılıb və Jimmynin videoları bir çox dillərə tərcümə olunaraq müxtəlif ölkələrdə izləyicilərə təqdim edilir.

Azərbaycanlı izləyicilər üçün MrBeast-in məzmununu daha da əlçatan edən şəxs isə səs aktyoru Mirzə Altaydır. Mirzə Altay MrBeast-in azərbaycanca səsləndirmələrini həyata keçirərək bu məşhur Yutuber videolarını yerli auditoriyaya çatdırır. 

Mirzə Altay-ın səsi MrBeast-in yaratdığı enerjini və əyləncəni azərbaycanlı izləyicilərə çatdırmaqda mühüm rol oynayır və ona Azərbaycan dilində daha geniş tanınmaq imkanı yaradır.

Bu səsləndirmə, MrBeast-in Azərbaycan izləyiciləri arasında da populyarlığını artırmış və yerli tamaşaçıların onun məzmununu daha rahat izləməsinə imkan yaratmışdır. 

Qeyd edək ki, Mirzə Altay  200-dən çox xarici və yerli filmərin dublyaj etməklə minlərlə izləyicilərə çatdırır. Bu filmlərə dünyaca məşhur "John Wick" , "Fast", "Furious,Transporter" və s. aiddir.

Xatırladaq ki, MrBeast Azərbaycan dilinə dublyaj edilən videolarını öz kanalında yayımlayıb və həmin videolar yarım milyarda yaxın izləyici kütləsi tərəfindən izlənilərək kütləvi reaksiyalara səbəb olub.

Aqil Qarayev