"Eurovision"un analoqunun keçiriləcəyi TARİX AÇIQLANDI
    • Dünən, 22:04
    • 94

"Eurovision"un analoqunun keçiriləcəyi TARİX AÇIQLANDI


Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy "Eurovision"un analoquna çevrilməsi nəzərdə tutulan “İntervision” beynəlxalq müsabiqəsinin nə vaxt keçiriləcəyini açıqlayıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə o, “Paraqraf” nəşrinə məlumat verib.

Onun sözlərinə görə, tədbir 2025-ci ilin sentyabr ayına planlaşdırılıb.

""İntervision" müsabiqəsi 2025-ci ildə, sentyabr ayında baş tutacaq. Hazırda aktiv hazırlıq işləri aparılır. Əminəm ki, biz çox maraqlı layihə alacağıq, artıq 20-yə yaxın ölkə orada iştirak etməyə hazırdır və maraqlananların sayı artır", - Şvıdkoy bildirib.

Daha əvvəl müsabiqənin Moskvada keçiriləcəyi məlum olub.