Formula 1-də qəza baş verdi
    • 13-09-2024, 14:22
    • 642

Formula 1-də qəza baş verdi

"Ferrari" pilotu Şarl Lekler Bakıda keçirilən Azərbaycan Qran-prisində qəza törədib.

News24.az "Report"a istinadla bildirir ki, sürücünün idarə etdiyi bolid birinci sərbəst yürüşdə səddə çırpılıb.

Hadisə 15-ci döngədə baş verib. Nəticədə qırmızı bayraq qaldırılıb.

Leklerin avtomobili trasdan çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.