-
- 13-09-2024, 22:54
- 399
Keçmiş nazir müavini və əlaltıları milyonları belə yeyib
General Pavel Popovun hesablarında 30 milyon rubl aşkarlanıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Komitə keçmiş müdafiə nazirinin müavini Pavel Popovun hesablarında 30 milyon rubldan çox pul aşkarlayıb və onları həbs edib.
Rusiya İstintaq Komitəsinin rəsmi teleqram kanalında yazılıb: “Təqsirləndirilən şəxs, Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popovun hesablarında 30 milyon rubldan çox pul tapılıb və onlar müsadirə edilib”.
Onlar qeyd ediblər ki, təqsirləndirilən Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini Vladimir Şesterov və “Patriot” Hərbi Mədəniyyət və İstirahət Parkının direktoru Vyaçeslav Əhmədovun da 60 milyon rubldan çox məbləğdə əmlakına həbs qoyulub.
Qeyd edək ki, əvvəllər yalnız Popov böyük miqyasda dələduzluqda ittiham olunurdu. Oxşar ittihamlar indi Şesterov, Əhmədov və başqalarına qarşı da irəli sürülüb. Bildirilib ki, onlar mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərərək 30 milyon rubl məbləğində büdcə vəsaitini oğurlayıblar.