Xəstəliklərdən qoruyan MÖHTƏŞƏM QARIŞIM
    • 5-09-2024, 18:36
    • 627

Xəstəliklərdən qoruyan MÖHTƏŞƏM QARIŞIM

Son illərin populyar tendensiyası və sağlam həyat vərdişlərinin yayılması ilə bir çox insan təbii qidaları qidalanma vərdişlərinə daxil etməyə başlayıb. Bu çərçivədə dəyəri yenidən xatırlanan qidalar arasında yer alan tahini, digər təbii məhsul olan qarazirə(çörəkotu) yağı ilə qarışdıraraq əldə edilən təbii qarışım bir çox xəstəliyin aradan qaldırılmasına kömək edir.

News24.az xəbər verir ki, tahin və qarazirə qarışığını istehlak edərək daha sağlam həyata addım ata bilərsiniz. 

Bu qarışımın insan sağlamlığına faydaları bunlardır:

Ürəyi qoruyur: Tahin və qarazirə yağının qarışığı xolesterin səviyyəsini azaltmağa kömək edir. Bu şəkildə qarışım ürək damarlarında tıxanmaların qarşısını alır və ürək sağlamlığını qorumağa kömək edir.

İmmuniteti gücləndirir: Qarazirə yağı və tahinin qarışığı iltihab əleyhinə təsirə malikdir. Orqanizmdə iltihabın qarşısını alır, immuniteti gücləndirir. İltihab əleyhinə olan qarışım yaddaşı da gücləndirir.

Həzmi tənzimləyir: Qarışım bədəni qaz və şişkinlik problemlərindən qoruyur, maddələr mübadiləsini sürətləndirir və tox saxlayır. O, həmçinin çəki nəzarətini təmin edir və həzm sistemini tənzimləyir.

Məryəm İlhamqızı