İkardi "Galatasaray"dan AYRILIR?
    • Bu gün, 18:43
    • 112

İkardi "Galatasaray"dan AYRILIR?

Super Liqa nəhəngi "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi ilə sürpriz bir komanda maraqlanıb. 

News24.az xəbər verir ki, daha əvvəl Avropadan transfer təklifi alan İkardiyə bu dəfə Cənubi Amerika qitəsindən “Flamenqo” yaxınlaşıb.

Braziliya mətbuatından Bola VIP xəbərinə görə, Braziliya futbolunun köklü klubu “Flamenqo” 2025-ci ilin yanvarında İkardi ilə görüşəcək və onun transfer təklifini “Qalatasaray”a çatdıracaq.

Verilən məlumata görə, Mauro İkardinin müqaviləsinin 2026-cı ildə bitəcəyindən istifadə edən "Flamenqo" "Qalatasaray"a yüksək transfer təklifi edəcək və İkardini razı salmağa başlayacaq. Türkiyədə xoşbəxt olduğu bilinən İkardinin hansı qərarı verəcəyi artıq maraq doğurur.

Məryəm İlhamqızı