İkardi üçün ŞOK transfer iddiası
    • 29-05-2024, 16:55
    • 275

İkardi üçün ŞOK transfer iddiası

Mauro İkardi 2023-2024 mövsümündə çempionluq xəttində olan Qalatasarayda liqada 25 qol vuraraq bombardiri olub.

News24.az xəbər verir ki, 2 mövsümdür "Qalatasaray"ın çempionluğunun əsas memarlarından olan argentinalı hücumçu ilə bağlı İtaliya mətbuatında təəccüblü iddia irəli sürülüb.

Corriere dello Sport-da yer alan xəbərə görə, İtaliya A Seriyasının yeni komandalarından olan Komo İkardi ilə maraqlanır.

Qeyd edək ki, 21 ildən sonra İtaliya A Seriyasına qayıtmaq üçün həyəcanlı olan Komo dünyaca məşhur futbolçunu heyətinə qataraq iddialı bir heyət qurmağı hədəfləyir.

Mauro İkardinin transferini “böyük arzu” kimi görən Komonun ulduz hücumçu üçün hansı addımı atacağı maraq doğurur.

“Qalatasaray”ın çempionluq şənliyində açıqlama verən İkardi “Qalatasaray üçün çox puldan imtina etdim. Cəmiyyət üçün, azarkeşlər üçün, rəhbərlik üçün, məşqçim üçün, “Qalatasaray” üçün... Gələn il də burada olacam. 5-ci ulduz üçün mübarizə aparacağıq. Qalatasaray onsuz da çox böyükdür. Qalatasarayı daha da böyüdəcəyik" deyib.

Onu da bildirək ki, Superliqada bombardirlər siyahısına yüksələn Mauro İkardi bu mövsüm bütün turnirlərdə ümumilikdə 47 matçda meydana çıxıb.

31 yaşlı futbolçu bu matçlarda 32 qol vurub, 12 məhsuldar ötürmə edib.

Günel Məlikzadə