İkardi transfer təklifinə BELƏ CAVAB VERDİ
    • 3-06-2024, 17:29
    • 242

İkardi transfer təklifinə BELƏ CAVAB VERDİ

2023-24 mövsümünün bombardiri olan argentinalı ulduz Mauro İkardi üçün bir çox klublardan təkliflər var.

News24.az-ın məlumatına görə, bir müddət əvvəl ABŞ-dan təklif alan İkardi onunla maraqlanan klubları rədd edib.

Uşaqlarının məktəb qeydiyyatını yeniləyən İkardi-Vanda Nara cütlüyü tətilə çıxıb.

Bildirək ki, "Qalatasaray"la daha 2 illik müqaviləsi olan və bunun üçün 10 milyon avro qazanan İkardi çempionat şənliklərində verdiyi açıqlamada bu ifadələrdən istifadə edib:

"Milyonlarla avro dəyərində təkliflər olub. Mən bura pul üçün deyil, çempionluq üçün gəlmişəm. Gələn il burada olacam və 5-ci ulduz üçün çalışacağam".

Günel Məlikzadə