Azərbaycanlı aktrisaya maşın hədiyyə edildi - VİDEO
    • Dünən, 23:06
    • 171

Azərbaycanlı aktrisaya maşın hədiyyə edildi - VİDEO


Azərbaycanlı aktyorların paylaşımı marağa səbəb olub.

News24.az bildirir ki, Elvin Ağayev həmkarı olan xanımı Elvina Atakişiyevaya sürpriz edib. Onu arzusuna çatdıran aktyor avtomobil hədiyyəsini təqdim edib.

Bu barədə görüntüləri sosial media hesabından paylaşaraq təşəkkür edən aktrisa sevincini gizlətməyib.

Xatırladaq ki, aktyor Elvin Ağayev bir müddət əvvəl səhhətindəki problemlə gündəmə gəlmişdi. Onun əməliyyatı üçün pul toplanmışdı, bacısı Gülnaz isə qardaşına donor olub. Onun qaraciyərinin bir hissəsi aktyora köçürülmüşdü.

Həmin videonu təqdim edirik://Milli.az