"Bavariya"nın əsas oyunçusu "Barselona"ya keçmək istəyir
    • Dünən, 23:45
    • 55

"Bavariya"nın əsas oyunçusu "Barselona"ya keçmək istəyir

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix "Barselona"ya keçmək istəyir.

News24.az Lent.az-a istinadla bildirir ki, 29 yaşlı Kimmixin müqaviləsi 2025-ci ildə başa çatır və o, azad agent kimi Kataloniya klubuna keçməyi düşünür. 

Bildirilir ki, Coşua hətta Xavinin dövründə də "Barselona" ilə maraqlanıb və Hansi Flikin gəlişi oyunçunun Kataloniya klubuna keçmək istəyini daha da gücləndirib.

Kimmix bu mövsüm bütün turnirlərdə beş oyun keçirib, bir məhsuldar ötürmə və bir qol vurub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.