-
- 15-09-2024, 10:55
- 283
Azərbaycanda həkimi avtomobil vuraraq ÖLDÜRDÜ
Şəmkir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci küçəsində qeydə alınıb.
"Hyundai" markalı avtomobil 1960-cı il təvəllüdlü Ziyafət Səmədzadəni vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.