-
- 16-09-2024, 13:54
- 577
İkardi "Qalatasaray" - "Fənərbaxça" derbisində oynayacaq?
"Qalatasaray"da zədələnən Mauro İkardinin müalicəsi Argentinada davam edir.
News24.az xəbər verir ki, İkardinin bu həftə Türkiyəyə dönəcəyi gözlənilir.
İkardinin yenidən meydana çıxması üçün vaxt lazımdır. Argentinalı futbolçunun tam hazır olana qədər oynamaq istəmədiyi bildirilib.
"Çaykur Rizəspor" matçını buraxan İkardi "Fənərbaxça" derbisində oynaya bilməyəcək.
Qeyd edək ki, İkardinin oktyabrın 3-də Riqas FS-ə qarşı oynayacaq Avropa yığmasında olacağı gözlənilir.
İkardinin yenidən “Qalatasaray” formasını geyinməsinin ən azı 2 həftə çəkəcəyi gözlənilir.
Günel Məlikzadə