Aysel Əlizadənin gözü yolda QALDI - FOTOLAR - VİDEO
    • 13-06-2019, 18:37
    • 2 497

Aysel Əlizadənin gözü yolda QALDI - FOTOLAR - VİDEO

Son zamanlar qalmaqalla gündəmə gələn müğənni Aysel Əlizadə ötən gün özünə ad günü məclisi təşkil edib.

News24.az xəbər verir ki, paytaxt restoranlarından birində baş tutan məclisdə ifaçının ailəsi, yaxın dostları və şou-biznes nümayəndələri iştirak edib.

İlk dəfə böyük ad günü keçirdiyini açıqlayan müğənni ən böyük arzusunun ailə qurmaq olduğunu deyib.

İfaçının xoş gününə dəvət etdiyi qonaqların sayının çox olduğu məkanda açılan masalardan bəlli olub. Lakin, həmin masaların bir hissəsi boş qalıb.

Gələn qonaqlar isə Aysel Əlizadəni çiçək və hədiyyə yağışına tutublar.

Video: Fərid ŞABANOV