"Bunu pul yığmaq üçün etməmişəm" - Şəbnəm Tovuzlunun ad günüdən - FOTOLAR - VİDEO
    • 27-12-2018, 12:23
    • 3 615

"Bunu pul yığmaq üçün etməmişəm" - Şəbnəm Tovuzlunun ad günüdən - FOTOLAR - VİDEO

Müğənni Şəbnəm Tovuzlu özünə təmtəraqlə ad günü keçirib.

News24.az xəbər verir ki, ötən gün paytaxt restoranlarından birində baş tutan məclisdə şou-biznes nümayəndələri və ifaçının yaxın dostları iştirak edib.

Daha çox ətir və gül hədiyyə alan Ş.Tovuzlunun ad gününə müğənni Manaf Ağayev, aparıcı Könül Muxtarova və başqaları 200 AZN pul verib.
Səbəbkar xoş günü ilə bağlı hisslərini belə dilə gətirib:

“Hər kəsdən çox razıyam. İlk dəfədir ki, böyük ad günü keçirirəm, amma hər kəsin xoş günündə iştirak etmişəm.

Bunu pul yığmaq üçün etməmişəm. Sadəcə yaxın ətrafımı yığdim və istədim ki, məndə də nə isə xatirə qalsın”.

“Xəstəyəm” mahnısı ilə zala daxil olan Şəbnəm Tovuzlu daha sonra qonaqlarla birgə rəqs edib və onu sayıb məclisə gəldikləri üçün hər kəsə
təşəkkürünü bildirib.

Teymur MƏMMƏDOV
FOTO/VİDEO: Səməd AĞAYEV