Hökumətdən əhaliyə şad xəbər - Bu şəxslərə birdəfəlik ödəniş ediləcək
    • 17-09-2024, 22:30
    • 2 133

Hökumətdən əhaliyə şad xəbər - Bu şəxslərə birdəfəlik ödəniş ediləcək


Tailand hökuməti iqtisadi artımı stimullaşdırmaq üçün əhaliyə ümumilikdə 145,6 milyard baht (4,4 milyard dollar) məbləğində nağd ödənişləri təsdiqləyib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “The Straits Times” yazıb.

Qeyd olunur ki, ödənişlər ölkə üzrə 14,6 milyon insana, o cümlədən 12,4 milyon dövlət sosial sığorta kartı sahibinə və 2,15 milyon əlilliyi olan şəxsə veriləcək.

Sentyabrın 17-də Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə maliyyə naziri Piçai Çunhavajira bildirib ki, hökumət sentyabrın 25-də sözügedən kateqoriyadan olan şəxslərin hər birinə 10,000 baht köçürməyə başlayacaq. Ödəniş prosesinin sentyabrın sonunadək başa çatdırılması gözlənilir.