Türkiyədə güclü zəlzələ oldu
    • 18-09-2024, 07:30
    • 427

Türkiyədə güclü zəlzələ oldu


Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda 4,4 maqnitudalı zəlzələ olub.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 9,58 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 02:38-də qeydə alınıb.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.