Türkiyədə zəlzələ oldu
    • 13-07-2024, 08:48
    • 434

Türkiyədə zəlzələ oldu


Türkiyədə 4,3 maqnitudalı zəlzələ olub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb

Bildirilib ki, zəlzələ yerli vaxtla 23:19-da Tuşba vilayətində qeydə alınıb.

Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.

Ölkədə sonuncu dəfə iyulun 11-i Afyonkarahisar şəhərinin mərkəzində 4,4 maqnitudalı zəlzələ qeydə alınıb.//publika