Xudu Məmmədovun həyat yoldaşı VƏFAT ETDİ
    • 22-04-2020, 00:36
    • 883

Xudu Məmmədovun həyat yoldaşı VƏFAT ETDİ

Azərbaycanın tanınmış elm adamı və ictimai-siyasi xadimi Xudu Məmmədovun həyat yoldaşı Maya xanım dünyasını dəyişib.

News24.az Qaziler.az-a istinadla xəbər verir ki, tanınmış elm adamı və ictimai xadim Xudu Məmmədovun həyat yoldaşı Maya Məmmədova bu gün hdünyasınə dəyişib.

O, Qazax rayonunda torpağa tapşırılıb.

Xatırladaq ki, Xudu Məmmədov (14 dekabr 1927, Ağdam – 15 oktyabr 1988) Azərbaycanın tanınmış elm adamı və ictimai-siyasi xadimi, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü olub.

Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Xudu Məmmədov "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" və bir sıra medallarla təltif olunub.

Allah rəhmət eləsin!