Bakı metrosunda intihara cəhd - SEVDİYİ OĞLANA GÖRƏ
    • 14-06-2019, 11:55
    • 806

Bakı metrosunda intihara cəhd - SEVDİYİ OĞLANA GÖRƏ

Dünən axşam saatlarında “Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında intihara cəhd hadisəsi qeydə alınıb.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, dünən 17:35 radələrində Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü N.M. intihar məqsədilə özünü qatarın altına atmaq istəyib.

Stansiyada xidmət aparan polis əməkdaşları tərəfindən intihara cəhdinin qarşısını alınıb. 

Aparılan araşdırmalar zamanı N.M.-nın sevdiyi oğlanla mübahisə etdikdən sonra bu addımı atmaq istədiyi müəyyənləşib.