18 yaşlı qızın intihara cəhdinin səbəbi MƏLUM OLDU
    • 12-08-2019, 14:16
    • 1 091

18 yaşlı qızın intihara cəhdinin səbəbi MƏLUM OLDU

Tovuz rayonunda intihara cəhd hadisəsi baş verib.

Özünü körpüdən atan qızın şəxsiyyəti və intihara cəhd etməsinin səbəbi məlum olub.

Rayonun Qədirli kənd sakini, 2001-ci il təvəllüdlü K.H.Məhəmməd qızı atasının ölümünə dözə bilmədiyi üçün intihara cəhd edib.

Hazırda xəstəxanaya yerləşdirilən zərərçəkmişin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. /report/