Avtomobillər toqquşdu: YARALILAR VAR
    • 19-08-2024, 23:50
    • 147

Avtomobillər toqquşdu: YARALILAR VAR

Ədirnənin Keşan rayonunda yol qəzası baş verib.

News24.az xəbər verir ki, M.E.-nin idarə etdiyi avtomobil A.G tərəfindən idarə olunan avtomobili ötmək üçün sol zolağa çıxarkən qarşı tərəfdən gələn Z.D.-nin idarə etdiyi avtomobillə toqquşub.

Qəzada sürücü Z.D. avtomobildə ilişib qalıb, digər avtomobilin sürücüsü M.E. və avtomobildə sərnişin olan S.E., N.E., B.E. və S.E. yaralanıb.

Xəbər üzərinə qəza yerinə jandarma, sağlamlıq qrupları və xilasetmə qrupları sövq edilib. 

Z.D. təxminən yarım saatlıq işdən sonra ilişib qaldığı yerdən xilas edilib. Yaralılar təcili yardımla xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Jandarma qəza ilə əlaqədar istintaq başladıb.

Günel Məlikzadə