-
- 18-09-2024, 18:02
- 728
Bu təbii üsullarla baş ağrısından QURTULUN
Baş ağrısı problemi bəzən xəstəliklərin yan təsiri olaraq ortaya çıxır, bəzən isə sıx bir günün sonunda stress və ya yorğunluqdan yaranır.
News24.az xəbər verir ki, baş ağrısı şikayəti meydana gəldiyində dərman istifadə etmək yerinə bəzi təbii üsulları sınaya bilərsiniz.
Mixək: Təbii ağrıkəsici olan mixəkdən istifadə bədəndəki ağrıları aradan qaldırmağa kömək edir. Mixəyin ağrı kəsici xüsusiyyətindən faydalanmaq üçün içdiyiniz çaya cəmi 2 mixək əlavə etmək kifayət edəcək. Çaya əlavə edilən mixək qanla qarışaraq baş ağrılarından qurtulmağa kömək edəcək.
Nanə yağı: Başqa bir ağrı kəsici olan nanə yarpaqlarının istifadəsi, təravətləndirici qoxusu və sağlam yağ turşuları sayəsində baş ağrılarından xilas olmağa kömək edir. Nanə yağını alnınıza çəkə və ya qoxusunu içinə çəkib ağrıları aradan qaldırmaq üçün istifadə edə bilərsiniz.
Çobanyastığı çayı: Tərkibindəki rahatlaşdırıcı komponentlər sayəsində çobanyastığı çayı sinirlərdəki gərginliyi və beyinə gedən damarlardakı sıxılmaları aradan qaldırır. Bu şəkildə baş ağrısı problemlərindən qurtulmağa kömək edən bir stəkan çobanyastığı çayı içmək ağrıdan xilas olmaq üçün kifayət edər.
Limon: Sağlam turşu tərkibi və komponentləri sayəsində limon da baş ağrılarından qurtulmanıza kömək edən təbii üsullar arasındadır. Limon suyunu sıxın, alnınızın yanlarına masaj edin və gözləyin. Birbaşa beyinə gedən damarları açan limon, baş ağrılarından qurtulma təmin edəcək.
Məryəm İlhamqızı