-
- 18-09-2024, 18:34
- 672
Saç tökülməsini əbədi həyatınızdan çıxaracaqsınız - təbii üsullar
Saç tökülməsi problemi çox vaxt genetik olaraq baş verir ki, bunun həlli yoxdur. Ancaq stres, depressiya, yanlış və qeyri-kafi baxım kimi səbəblərdən də saç tökülməsi baş verə bilər.
News24.az xəbər verir ki, əgər genetik deyilsə saç tökülməsinin qarşısını almaq olduqca sadədir.
Təbii üsullarla saç tökülməsi probleminin qarşısını asanlıqla ala bilərsiniz.
Zeytun yağı: Təbii sağlam yağlar arasında seçilən zeytun yağı saç baxımında istifadə edildikdə saç köklərini qidalandırır. Saç töküldüyü zaman zeytun yağını kökdən uclarına qədər masaj edərək çəkə bilərsiniz. Zeytun yağı saç tellərini gücləndirir və həmçinin saç tökülməsinin qarşısını alır.
Kokos yağı: Kokos yağının tərkibindəki sağlam komponentlər baş dərisinə qan axını artırır, saç follikullarının qida ehtiyaclarını qarşılamasını təmin edir və saç köklərini gücləndirir. Bu yolla saç tökülməsindən xilas ola bilərsiniz.
Avokado yağı: Tərkibindəki sağlam komponentləri və qida dəyəri ilə qidalandırıcı bir yağ olan avokado yağı saç köklərini və baş dərisini qidalandıraraq zəifləmiş saç tellərini gücləndirir. Şampununuza az miqdarda əlavə etməklə avokado yağını qulluqunuza daxil edə bilərsiniz.
Arqan yağı: Tərkibində sağlam yağ turşuları olan arqan yağından saç baxımında istifadə saç köklərinin güclənməsinə kömək edir. Saç baxımında bir az arqan yağı istifadə edərək saç tökülməsinin qarşısını ala bilərsiniz.
Məryəm İlhamqızı