-
- 17-09-2024, 23:32
- 545
Cansız saçlardan qurtulmağın SİRRİ
Yanlış qidalanma və ya yanlış qulluq vasitələrinin istifadəsi kimi səbəblər saçlarımızın zamanla canlılığını itirməsinə səbəb olur. Saç baxımında daha çox kimyəvi maddələrdən istifadə etməyinizə səbəb olan solğun saçlar meydana gəldiyində, əslində təbii üsullardan istifadə edərək bu problemi aradan qaldıra bilərsiniz.
News24.az xəbər verir ki, saçların canlı və parlaq görünməsinə kömək edən təbii üsullar bunlardır:
Aloe vera: Aloe vera bitkisinin tərkibindəki təbii geldən saç baxımında istifadə edə bilərsiniz. Təbii aloe vera geli saçlarımızın nəmini qaytarmasına kömək edərək saçları qoruyur. Aloe vera gelini saçlarınıza kökdən uclarına qədər masaj edərək çəkə bilərsiniz.
Kokos yağı: Kokos yağı saç üçün faydaları baxımından sağlam təbii yağlar arasında seçilir. Saç köklərini nəmləndirən və gücləndirən kokos yağını saçlarınıza kökdən uclarına qədər masaj edərək çəkə bilərsiniz.
Yaşıl çay: Saçları təbii şəkildə qidalandırmağa kömək edən yaşıl çay parlaq və canlı saç görünüşünü bərpa etməyə kömək edir. Soyudulmuş yaşıl çayı saçınıza çəkin və 20 dəqiqə gözlədikdən sonra saçınızı yuyun.
Yumurta ağı: Qidalı tərkibi ilə solğun saçları canlandıran yumurta ağını maska olaraq saç köklərinə çəkə bilərsiniz. Yumurta ağı saç köklərini qidalandırır və onların daha canlı və dolğun görünməsinə kömək edir.
Zeytun yağı: Sağlam təbii yağlar deyildikdə ilk ağla gələn yağ zeytun yağıdır. Zeytun yağını saçlarınıza qidalandırıcı krem kimi çəkə bilərsiniz. Saç follikullarını qidalandıran və gücləndirən zeytun yağı sayəsində saçlarınız canlı və parlaq görünəcək.
Alma sirkəsi: Saçınızı yaxalamaq üçün saçınızdakı pH səviyyəsini tarazlaşdırmağa kömək edən alma sirkəsindən istifadə edə bilərsiniz. 1 stəkan suya 1 qaşıq alma sirkəsini qarışdırıb, şampunladıqdan sonra saçlarınızı bu qarışıqla yaxalaya bilərsiniz.
Məryəm İlhamqızı