-
- 19-09-2024, 21:56
- 242
Müəllim kişilik obrazını canlandıra bilibmi?
Zamanla "Qız uşaqlarına nəzarət daha çox lazımdır, narkomana, əxlaqsıza qoşulmasın deyə" fikirlərini tez-tez eşidirdik. İndi isə bu fikirlər və yanaşmalar tamamilə dəyişib. Belə ki, cinsi azlıqların günü- gündən çoxalması valideyinlərdə bir narahatlığa səbəb olub. Onlar oğlan uşaqlarına daha həssas yanaşmağa çalışırlar. Bəs görəsən övlad böyüdərkən nəyə və hansı nüanslara daha çox diqqət yetirmək lazımdır? "Oğlan uşağının tərbiyəsi ilə ata məşğul olmalıdır"- deyimi nə qədər doğrudur?
News24.az xəbər verir ki, mövzu ilə bağlı tanınmış psixoloq Samirə Bağırova Moderator.az-a danışdı
"Təbii ki, uşağın tərbiyəsində ana qədər, atanın da böyük rolu var. Oğlan uşaqları hələ uşaqlıqdan atalarını təqlid etməyi sevirlər. Məsələ burasındadır ki, bu gün natamam ailələr də çoxdur. Əvvəlki illərdə cəmiyyət başqa idi, sosial şəbəkə yox idi. Az boşanma halları olduğu təqdirdə, uşaqlar sağlam böyüyərdilər. Çünki uşağın tərbiyəsinə təsir edən əsas mənbələrdən biri də cəmiyyətdir. Sürətlə artan boşanmaların bir şəkildə fəsadları olmalı idi və yavaş - yavaş problem özünü göstərməyə başlayır. Bu günkü valideynlərdə də bir qəribəlik var. Gender xüsusiyyətlərini göstərəcək tərbiyə üsulunu bilmirlər.
Hamilə qadın 9 ay ərzində zamanı olduğu təqdirdə, dünyaya gətirdiyi uşağın cinsiyyətinə görə hansı şəkildə tərbiyə verəcəyini bilmir. Oğlan uşağı ilə necə rəftar olunmalıdır, yaxud atanın himayəsində olan qız uşağı ilə necə rəftar olunmalıdır - kimi suallar getdikcə çoxalır. Düşünürəm ki, bunun əsas səbəblərindən biri bilgisizlikdir. Savad deyəndə ancaq dərs oxumağı anlayırlar, hərçənd ki, həm ana, həm ata uşaq dünyaya gətirmədən öncə, cinsiyyətinə görə hansı üsulla uşağın tərbiyəsi ilə məşqul olmalarını məsləhətləşməli, biliklər əldə etməli və ortaq qərara gəlməlidirlər. Bu sahədə valideynləri maarifləndirən kurslar təşkil olunsa, bir növ dəstək olar. İnsanlar sual verir amma araşdırmaq, oxumaq, dinləmək, ən əsas da həyata keçirmək həvəsində deyillər. Çünki məsuliyyət hiss etmirlər. Oğlan uşağına nəzarəti, qadağaları artırmaqla bu sağlam tərbiyə deyil. Sadəcə dünyaya oğlan uşağı gətirən hər bir qadın dərk etməlidir ki, gələcək üçün bir kişi yetişdirir. Məsələ burasındadır ki, gənc nəsl ananın ağlındakı kişi obrazı necədir? Ədəbiyyat, tarix dərslərindən müəllim kişilik obrazını canlandıra bilibmi? Orta məktəbdə kişi müəllimləri nə qədər faiz təşkil edir? Bütün qadınların ataları uğurlu kişi obrazı olmadığından təhsildə kişi müəllimlər üstünlük təşkil etməlidir. Bu həm oğlanlarda kişilik testesteronuna təsir edir, həm qızlarda şüuraltı kişi obrazı yaranır. Unutmayaq ki, ölkəmizdəki ailələrdə uşağın tərbiyəsində ən çox iştirak edən anadır. Əgər bu gün biz cəmiyyəti və kişiləri bəyənmiriksə, bu qadınların savadsızlığıdır. Elementar məsələlərdə savadsızlıq isə, təhsilin savadsızlığını göstərir. Məktəb ancaq dərs keçirilən məkan deyil. Məktəb həm psixoloji, həm fizioloji, həm məməvi, həm də savadın inkişafı üçün bünövrədir".