Əbdül Xalid - Bu uşaqlar atalarından sillə yeməlidir - VİDEO
    • 24-12-2023, 19:19
    • 394

Əbdül Xalid - Bu uşaqlar atalarından sillə yeməlidir - VİDEO

"Oğlan uşağı atasının silləsini yeməlidir".

News24.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.

Sənətçi  bildirib ki, oğlan uşaqları düzgün tərbiyə alsın deyə, valideyni tərəfindən şiddət görməlidir:

"Bu, mənim şəxsi yanaşmamdır. Bir mənalı şəkildə oğlan uşağı atasından çəkinməlidir. Atanın zəhmini yaradan isə anadır. Bu zəhm olmasa... Uşağın evdə, məktəbdə üstünə qışqırma... Müəllim məktəbdə uşağın qulağını çəkir, onu işdən çıxardırlar. Mən bu cür məsələlərin əleyhinəyəm. 12-13 yaşlı uşaqlara rast gəlirsən, görürsən ki, tərbiyəsi yoxdur. Nə danışığını, nə böyük nə də ki, kiçik yeri bilir.

Öz uşağımı vurmamışam, çünki o, qız övladıdır. Bacım oğlunu vurmuşam. Oğlan uşağının dəcəlliyi olmalıdır. Bu, mütləqdir!".